Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərinin əsas məqsədini açıqlayıb

XARİCİ SİYASƏT 16 iyul 2025, 12:14
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərinin əsas məqsədini açıqlayıb.

Demokrat.az xəbər verir ki, o, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüşü zamanı bildirib ki, Azərbaycan Respublikasına bu səfərinin əsas məqsədi ikitərəfli münasibətləri daha da dərinləşdirmək və inkişaf etdirmək, əldə olunan nailiyyətləri möhkəmləndirmək, yeni layihələrin və istiqamətlərin həyata keçirilməsinə əlavə stimul verməkdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top