Britaniya səfirliyi Azərbaycana başsağlığı verdi — FOTO

XARİCİ SİYASƏT 07 aprel 2025, 12:39
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Ağdam və Cəbrayıl rayonlarında baş vermiş mina hadisələri ilə bağlı başsağlığı verib.

Demokrat.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, Böyük Britaniya ANAMA və BMT-nin İnkişaf Proqramı ilə birlikdə Azərbaycanda mina sahəsində çalışan insanların işini, təhsilini və zərərçəkənlərə yardımı dəstəkləyir.

Xatırladaq ki, azad edilən ərazilərdə son günlər baş vermiş mina və hərbi sursat partlayışı nəticəsində bir hərbçi həlak olub, dörd mülki şəxs yaralanıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top