İranda 1 nəfər ölüb, 7 nəfər yaralanıb

DÜNYA 09 iyun 2025, 23:07
İranda poladəritmə zavodunda karbon qazı balonunun partlaması nəticəsində 1 nəfər ölüb.

Demokrat.az xəbər verir ki, "Nətənz şəhəri ətrafında İmamzadə rayonunda yerləşən Xalidabad poladəritmə zavodunda karbon qazı balonunun partlaması nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb", - məlumatda deyilir.

Ölənlərin və yaralananların Əfqanıstan vətəndaşları olduğu qeyd edilir. Onların hamısı yaxınlıqdakı tibb məntəqələrinə göndərilib. (Milli.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top