5 ilə vətəndaşlara bu qədər ƏDV geri qaytarılıb

SOSİAL 09 iyun 2025, 20:35
Beş ildir ki, vətəndaşlar alış-veriş edərkən ödədikləri ƏDV-nin bir hissəsi onlara geri qaytarılır. ƏDV geri al layihəsinin tətbiqindən sonra istehlakçılar dükanlarda, kafe və restoranlarda ödəniş edərkən kassa çekini tələb etməyə başlayıb.

Demokrat.az
xəbər verir ki, Dövlət Vergi Xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ƏDV geri al layihəsinin tətbiq edildiyi vaxtdan bu günədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 2 milyarddan çox kassa çeki üzrə 768.5 milyon manat ƏDV məbləği qaytarılıb.

"Təkcə bu il hər ay ödənilmiş ƏDV-nin 15 milyon manatı vətəndaşlara geri verilib. Vergi Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən iyulun 1-dən teatr tamaşaları, film nümayişi, muzey ziyarəti, simfonik konsert sahəsində göstərilən xidmətlərə görə də nağdsız qaydada ödənilmiş ƏDV-nin 50%-i vətəndaşlara geri qaytarılacaq", - deyə məlumatda qeyd olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top