Goranboyda ağır qəza: Avtomobil evə ÇIRPILDI

KRİMİNAL 09 iyun 2025, 21:27
Goranboyda ağır qəza baş verib, avtomobil evə çırpılıb.

Demokrat.az
xəbər verir ki, hadisə rayonun Ağcakənd istiqamətində baş verib.

İlkin məlumata görə, KIA markalı avtomobil evə çırpılıb.

Nəticədə iki nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır. Xəsarət alan şəxslərdən biri Xocalı rayon sakini 1986-cı il təvəllüdlü Ramal Mehdiyev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Xəsarət alan daha bir nəfər isə Bakı şəhər sakinidir.

Faktla bağlı araşdırma başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top