3 övladından sonra özü də eyni xəstəlikdən vəfat etdi — Cəmi 28 yaşında...

KRİMİNAL 07 iyun 2025, 14:42
Beyləqanda 28 yaşlı qadın xəstəxanada vəfat edib.

Demokrat.az “qafqazinfo”ya istinadən xəbər verir ki, ötən gün rayonun Birinci Aşıqlı kənd sakini Lütviyyə Rübail qızı Paşayevanın şəkəri və təzyiqi qalxıb.

Ailə üzvləri onu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlərin apardığı müayinə və müalicə tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, L. Paşayeva ailəli və 4 uşaq anası olub. Lakin onun 2 övladı azyaşlı olarkən eyni xəstəlikdən həyatını itirib, digər bir övladı isə doğulduqdan sonra dünyasını dəyişib.

Mərhumun bir övladı qalıb, hazırda ikinci sinif şagirdidir.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 iyun 2025, 21:02
07 iyun 2025, 19:40
Top