Azərbaycan Dövlət Akademik Milli Dram teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə haqqında səslənən açıqlamalara cavab verib.
Bu barədə o, açıqlama yayıb:
“Əziz dostlar, həmkarlar! Əslində “sözünü o kəslərə de ki,onlar səni anlasınlar” deyə yola çıxıram. Demək ondan başlayaq ki, sosial şəbəkələrdə və saytlarda mənim ünvanıma arzuolunmaz yazılar başlayıb. Məsələyə aydınlıq gətirmək məcburiyyətindəyəm, yoxsa onların bu həqiqətə uyğun olmayan sözlərinə inananlar da ola bilər. Demək... Mütamadi olaraq teatrda sözü olan, istəyi yaxud xüsusi xahişi olan aktyorlar rəhbərliyə müraciət edirlər. Arzusunu bildirir, bu, normaldır. Belə bir vəziyyət Məsmə Aslanqızı ilə də oldu. Qəbuluma gələrək bildirdi ki, çox çətin vəziyyətdədir. İstək isə evdir! Teatr məni evlə təmin etməlidir. Başa saldım ki, mənim ev verə bilmək səlahiyyətim yoxdur. O zaman o 20 yanvar şəhidinin qızı kimi mənə ev düşür. Teatr-siz bu məsələni həll etməlisiniz! Bütün deyilənlərə bir daha münasibət bildirərək... Yenə də bəyan etdim və edirəm ki, hətta 20 yanvar Şəhidinin qızı olsa belə, mən Teatrın Bədii rəhbəri kimi ev məsələsini həll edə bilmirəm. EV məsələsini başqa qurumlar həll edir. Biz də məhz şəhid qızı olduğu üçün onu Prezident mükafatı siyahısına salmışıq. Bir dəstək kimi. Amma bu, ona yetərli deyil deyə... Bax, belə həqiqətə uyğun olmayan və təhqirdən çəkinməyən ifadələr işlədir. O ki qaldi, mənim vətəndaşlıq mövqeyimə... Az-çox yaradıcılığımla tanış olan, məni tanıyan hər kəs bilir ki, milli-mənəvi dəyərlərimiz naminə maarifçilik işlərinin, Böyük zəfərimiz naminə “Qələbəyə qədər davamı var”- silsilə hərbi vətənpərvərlik mövzusunda müəllif proqramlarının yaradıcısıyam. Mənim yetərincə məhz Vətənpərvərlik ruhuna xidmət edən fəaliyyətim var ki, onlar bizim ərazi bütövlüyümüz uğrunda savaşlardan, Vətən yolunda şəhid olan insanlardan bəhs edirdi. Ən azından mənim sözlərimin izahı üçün arxivlər var! Mənim Azərbaycan xalqının qəhrəmanlıq tarixi, Azərbaycan xalqının qəhrəmanlıq mübarizəsinə həsr edilmiş, bu yolda canını və qanını fəda etmiş insanların xatirəsinə ithaf edilmiş 50-dən çox müəllif filmlərim və araşdırmalarım var. Heç kim mənim vətəndaşlıq mövqeyimə ləkə gətirə bilməz. Çünki buna əsas və fakt yoxdur”.