Trampın tətbiq edəcəyi tariflər Azərbaycana necə təsir edəcək? — AÇIQLAMA

GÜNDƏM 04 aprel 2025, 14:34
"Trampın tətbiq etdiyi rüsumların Azərbaycana heç bir təsiri olmayacaq. Çünki Trampın Azərbaycanla bağlı rüsumu çox aşağı səviyyədədir (10%). Azərbaycanın ABŞ-a ixracatı keçən il cəmi 136 milyon dollar olub. Ona görə rüsumların bizə mənfi təsiri olmayacaq".

Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

"Amerikanın Azərbaycana ixracatı isə təqribən 1.6 milyard dollardır ki, burada da ciddi dəyişikliklərin olacağını düşünmürəm. Düşünürəm ki, hətta, aşağı faizlər tətbiq olunan ölkələr üçün fürsətlər yaranır. Biz daha çox mal istehsal edib, Amerika bazarına çıxara bilərik. Bunu bacarmaq lazımdır. Buna görə istehsal sahələrimizi genişləndirməyə ehtiyac var".

Qeyd edək ki, dünən Donald Trampın ölkələrə tətbiq edəcəyi tarifləri açıqlaması böyük qalmaqala səbəb olub. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 aprel 2025, 22:48
10 aprel 2025, 19:30
Top