Bu uşaqlara yaxşı-yaxşı baxın! — FOTOLAR

GÜNDƏM 10 aprel 2025, 20:06

Xəbər verdiyimiz kimi, martın 2-də keçirilmiş buraxılış imtahanında 23 abituriyent 300 bal toplayıb.

“Qafqazinfo” bu imtahanda yüz faizlik nəticə göstərən bəzi abituriyentlər barədə məlumatları təqdim edir.

Onlardan biri İbadzadə Həlimə Emil qızıdır. Həlimə Lənkəran rayonu Boladi kənd 1 nömrəli tam orta məktəbinin şagirdidir.

23 nəfərdən biri isə Abdulsəmədli Orxan Fəxri oğludur. Maksimum bal toplayan Orxan Şəkinin Orta Zəyzid Kənd 1 saylı tam orta məktəbinin şagirdidir.

Şəkidən maksimum nəticə göstərən digər şagird İsmayılov Məhəmməd Bahadır oğludur. Kimya-biologiya təmayüllü liseyin şagirdi olan Məhəmməd heç bir fəndən xüsusi olaraq hazırlığa getməyib.

Məhəmməd eyni zamanda 2025-ci ildə kimya fənnindən RFO-nun final mərhələsində iştirak hüququ qazanıb.

23 nəfər arasında digər lənkəranlı Həsənov Fizuli İlqar oğludur. Maksimum bal toplayan Fizuli Lənkəran şəhər Xarici dillər təmayüllü gimnaziyanın şagirdidir.

Maksimum nəticə göstərənlərdən biri isə Ələkbərova Ülkər Elşən qızıdır. O, Bakının 192 saylı tam orta məktəbində təhsil alır.

Ümumilikdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin 8 şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstərib. Bunlardan biri 91 saylı məktəbin şagirdi Abbasova Şəhanə Ramil qızıdır.

Rəsulov Ömər Eltun oğlu da adını maksimum nəticə göstərən şagirdlərin siyahısına yazdırmağı bacarıb. O, Qəbələ rayon Qafur Şərifov adına Uludaş kənd tam orta məktəbin şagirdidir.

Buraxılış imtahanında Kərimova Gülçin də müvəfəqiyyət qazanıb. 300 bal toplayan Gülçin Kürdəmir şəhər F.Həşimov adına 3 nömrəli tam orta məktəbin şagirdidir.

Həmin abituriyentlərdən biri də Seyidova Tovuz Natiq qızıdır. Tovuz Bakı şəhəri, 295 saylı orta məktəbdə təhsil alır.

Sabunçu rayonu 68 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Fərəczadə Rəhim Dəyanət oğlu da maksimum bal toplayanlar sırasındadır.

Aişə Məmmədli də uğur qazan şagirdlər arasındadır. Maksimum nəticə göstərən 23 nəfərdən biri olan Aişə Sumqayıt şəhəri, 34 saylı orta məktəbdə təhsil alır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top