Britaniya Gürcüstanın baş prokuroru və daxili işlər nazirinin müavininə qarşı sanksiyalar tətbiq edir.
Böyük Britaniya hökuməti sanksiya siyahısını insan haqlarını pozmaqda ittiham olunan dörd yüksək rütbəli gürcü məmuru da daxil etmək üçün genişləndirib.
Sanksiyalara Gürcüstanın baş prokuroru Giorgi Qabitaşvili, daxili işlər nazirinin birinci müavini Şalva Bedoidze, Daxili İşlər Nazirliyinin Xüsusi Əməliyyatlar Departamentinin rəis müavini Mirze Kezevadze və Xüsusi İstintaq Xidmətinin rəhbəri Karlo Katsitadze daxildir.
Adıçəkilən şəxslərlə bağlı aktivlərinin dondurulması tədbirləri tətbiq edilib. Qərar Böyük Britaniyanın xaricdə insan hüquqlarının pozulması ilə mübarizə strategiyasının bir hissəsidir.
Tbilisi meri, hakim “Gürcü arzusu” partiyasının baş katibi Kaxa Kaladze Avropa diplomatiyasının rəhbəri Kaja Kallasa Gürcüstanı sanksiyalarla qorxutmamağı tövsiyə edib.
Əfsanə Kamal
Demokrat.az