Sosial şəbəkələrdə televiziya aparıcısı Nigar Fərhadın “Mənim oğlum olsa ona əsla atasız qız almaram. Çünki kişi tabeçiyində böyüməyən qız heç vaxt heç kimin qızını xoşbəxt edə bilməz” ifadəsi geniş rezonans doğurub.
Məsələ ilə bağlı sosiloq Lalə Mehralı Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, bu sosial şəbəkələrdə ciddi müzakirə olunan vəziyyətdir:
“Bu, əslində, insanların illərdir öz içlərində Azərbaycan teleməkanındakı bu cür aparıcılara qarşı bir növ yığılıb qalmış reaksiyasının təzahürüdür. Yəni, insanlar bu vəziyyətə qədər dəfələrlə bu kimi hallarla üzləşiblər, dəfələrlə o aparıcıların efirdəki ədəbsizliyini, qonaqlara, xalqa qarşı hörmətsizliyini görüblər. Sonuncu hadisə, aparıcının dediyi sözlər stəkanı daşırdan sonuncu damla oldu. Bir aparıcı efirdə milyonlar önündə olduğunun fərqində olmalıdır. Aparıcı danışdıqlarını, sözlərini tərəziyə qoyub efirə çıxmalıdır. Bir aparıcı ki efirdə bu cür ifadə işlətsin və minlərlə, yüz minlərlə atasız böyüyən qız uşaqlarına qarşı bu cür ədəbsizliyi edir, o aparıcı işləyə bilməz, normalda işləməməlidir. Amma bizim teleməkanımızdakı hazırkı xaotik vəziyyətdə görürük ki, bizdə aparıcı işləmək üçün başqa standartlar tələb edilir”.
Sosiloq əlavə edib ki, indi efirdə aparıcılığı etmək üçün intellektli, savadlı, ziyalı olmaq lazım deyil:
“İndi fiziki göstəricilər və sponsor cəlb eləmə bacarıqları əsasdır. Əgər sənin fiziki göstəricilərin cəlb edicidirsə və yaxud da yaxşı sponsor ehtiyatına maliksənsə, efirdə istədiyini edə bilərsən. Ona görə də efirlərdəki senzura, o süzgəc proqramını geri qaytarmaq lazımdır. Efirlər süzgəcdən keçirilərək təqdim edilməlidir xalqa. O senzura tətbiq edilməlidir ki, hər istəyən ağzına gələni gedib efirdə danışıb, xalqın mənəviyyatı ilə oynaya bilməsin. Bu gün efirdəki o baş verən biabırçılıqdır. Hər kəsin ağzına gələcək formada öz sözünü deyə bilməsi imkanı yaradılır. Onların hamısının səbəbi süzgəc, senzuranın olmamasından qaynaqlanır. Bu gün efirdə, Azərbaycan teleməkanında bir əlin beş barmağını keçməyəcək qədər az sayda ziyalı, intellektual aparıcı var”.
Leyla Turan
Demokrat.az