Yeddi "Tesla" avtomobili alovlanıb külə döndü

DÜNYA 29 mart 2025, 22:25
"Tesla"nın Almaniyanın şimalındakı Ottersberq icmasında yerləşən avtosalonun yaxınlığında firmaya məxsus yeddi avtomobil yanıb.

Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb.

"Martın 29-də təxminən saat 03:30-da avtomərkəzin ərazisində "Tesla" markalı yeddi elektromobil alovlanıb və nəticədə tamamilə yanıblar", - məlumatda bildirilib.

Yanğın təkcə avtomobillərə deyil, salon binasına da ziyan vurub - darvazalar əriyib. Zərər ilkin olaraq yüz minlərlə avro olaraq qiymətləndirilir.

Yanğının səbəbləri hələlik məlum deyil, hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top