Myanmada ölənlərin sayı 1000 nəfəri ötdü: 2300-dən çox insan xəsarət alıb, itkin düşənlər var

DÜNYA 29 mart 2025, 17:17
Myanmada güclü zəlzələdən sonra ölənlərin sayı 1007 nəfərə çatıb.

Demokrat.az-ın verdiyi məlumata görə, bu barədə MRTV dövlət televiziya şirkəti xəbər yayıb.

Bildirilir ki, daha 2389 nəfər yaralanıb, 30 nəfər isə itkin düşmüş hesab olunur.

Telekompaniya əlavə edib ki, Mandalay və ətrafında 1591 ev, 670 monastır və 60 məktəb zərər görüb, həmçinin onlarla mədəni irs obyekti dağıdılıb, yollar və körpülər dağılıb.

Zərər çəkmiş görməli yerlər arasında "Me Nu Brick" monastırı, "Ava" körpüsü, Mandalayda "Mahamuni Budda" məbədi, "Minqunda Sinbyume" paqodası (budda məbədi), Mandalayda "Kral sarayı" var.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top