Vəhşicəsinə öldürülən Narin Güranın son görüntüləri — FOTOLAR

DÜNYA 29 mart 2025, 17:08
Türkiyənin Diyarbəkir vilayətində vəhşicəsinə qətlə yetirilən 8 yaşlı Narin Güranın öldürülməzdən qısa müddət əvvəl ailəsi ilə birlikdə çıxdığı gəzintidə çəkdirdiyi fotoları ortaya çıxıb.

Demokrat.az
oxu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

2025-ci il avqustun 21-də itkin düşən və 19 gün sonra cəsədi Eğertutmaz dərəsində çuvalın içində tapılan Narin Güranın son fotosunda əynində qara köynək və ayağında qırmızı başmaqlar olub.

Diqqətçəkən məqam odur ki, qızcığazın cəsədinin aşkarlandığı çuvalın yanında da qırmızı başmaqlar vardı.

Narinin ailəsi ilə keçirdiyi xoşbəxt anları əks etdirən fotolarda onun öldüyü gün geyindiyi qırmızı başmaqlar açıq-aydın görünür.

Bu görüntü hadisə ilə bağlı detalları bir daha gündəmə gətirib.

Qeyd edək ki, Narin Güranın qətli ilə bağlı məhkəmə prosesi başa çatıb. Qızın anası Yüksel Güran, böyük qardaşı Enes Güran və əmisi Salim Güran ağırlaşdırılmış ömürlük həbs cəzasına, qızın cəsədini çuvala qoyaraq dərədə gizlədən Nevzat Bahtiyar isə 4 il 6 ay həbs cəzasına məhkum ediliblər.





SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top