Zelenski müharibəni 24 saat ərzində dayandırmağın yolunu açıqladı

DÜNYA 27 mart 2025, 13:54
"ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibəni 24 saat ərzində bitirmək vədini yerinə yetirməyə tam qadirdir. Bunun üçün o, yalnız bir addım atmalıdır - Ukrayna NATO-ya qəbul edilməlidir".

Demokrat.az
xəbər verir ki, bunu prezident Volodimir Zelenski Avropa Yayım Birliyinin nümayəndələrinə müsahibəsində bildirib.

Lakin o qeyd edib ki, problem ABŞ-ın bu addıma hazır olmamasıdır:

"Ən yaxşı təhlükəsizlik zəmanəti NATO-dur. Amma ABŞ bu addıma hazır deyil. Ən ucuz, ən sürətli, ən zəmanətli yol budur. Və şübhəsiz ki, Amerika Ukraynanı NATO-ya qəbul etmək qərarına gəlsə, Trampın vaxtilə dediyi 24 saat  ərzində sülh təmin olunacaq. Mənə elə gəlir ki, bu, onun əlindədir".

Qeyd edək ki, seçki zamanı ABŞ prezidentliyinə o vaxtkı namizəd Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsini 24 saat ərzində dayandıracağına söz verib. Daha sonra Ağ Evin rəhbəri vəzifəsinə başlayanda Tramp etiraf edib ki, müharibəni tez bitirmək mümkün olmayacaq, çünki məsələ onun düşündüyündən də mürəkkəbdir.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top