"Bəzi millət vəkilləri düşünürlər ki, bir insan boşanıbsa, deməli..." — VİDEO

ŞOU-BİZNES 25 mart 2025, 17:41
"Bəzi millət vəkilləri düşünürlər ki, əgər bir insan ailəsində problem yaşayıbsa və boşanıbsa, deməli, o ailə dağıdıb. Lakin bu, doğru deyil. Məsələn, mənim anam musiqiçi, qarmon müəlliməsidir və təhsili var. Atam isə neftçi olub və onlar şəxsi xarakter uyğunsuzluğuna görə boşanıblar. Mən həm atamı, həm də anamı görürdüm, onlarla əlaqəm davam edirdi".

Demokrat.az xəbər verir ki, bu sözləri prodüser-aparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkə hesabında yazıb. Tolik cəmiyyətdə boşanmış qadınlara birmənalı yaşanmadığını bildirib:

"Bu gün, boşanmış qadınların cəmiyyətdə söz sahibi olmaması yanlış bir düşüncədir. Mediaturların əksəriyyəti qadınlardır və boşanmış bir qadın və ya kişinin təcrübəsi, onların cəmiyyətə necə təsir etdiyini, uşaqların inkişafına necə təsir göstərdiyini anlamaq üçün çox dəyərlidir. Boşanma hər iki tərəfin həyatında dəyişikliklər yarada bilər, amma bu, həmin şəxslərin dəyərini və cəmiyyətə qatqısını azaldmaz". (Axşam.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top