"İrəvan və Bakı arasında tezliklə sülh sazişinin imzalanacağına ümid edirik"

XARİCİ SİYASƏT 25 mart 2025, 15:16
İran Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni ilə bağlı əldə olunan razılaşmanı alqışlayır.

Demokrat.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi İrəvanda erməni həmkarı Ararat Mirzoyan ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, son aylarda iki ölkə arasında yüksək səviyyəli nümayəndə heyətlərinin mübadiləsi üçün intensiv danışıqlar aparılıb. O, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması məqsədilə tərəflərin yaxından fikir mübadiləsi apardığını vurğulayıb.

Abbas Araqçi qeyd edib ki, sözügedən müqavilənin tezliklə imzalanması regionda uzunmüddətli sabitliyə və barışa töhfə verəcək.

İranlı nazir Azərbaycan və Ermənistanı bu sazişi mümkün qədər tez imzalamağa çağırıb: “Biz hər iki tərəfi bu anlaşmanı mümkün qədər tez imzalamağa çağırırıq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top