Cənubi Koreyada meşə yanğınları: Ölənlər var, 1500 nəfər təxliyə edilib

DÜNYA 23 mart 2025, 12:27

Cənubi Koreyanı bürüyən meşə yanğınları dörd nəfərin həyatına son qoyub, altı nəfər isə xəsarət alıb. Yanğınlar nəticəsində təxminən 1500 nəfər təxliyə edilib.

Demokrat.az-ın Oxu.az-a istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində üç mindən çox hektar meşə sahəsi yanıb, 39 ev zərər görüb. Yanğınla mübarizə üçün 99 helikopter və 4,875 yanğınsöndürən işə cəlb edilib.

Hakimiyyət orqanları yanğınların məhdudlaşdırılması və əhalinin qorunması üçün səylərini davam etdirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top