Məscidə hücum: 44 nəfər öldürüldü

DÜNYA 23 mart 2025, 10:54
Nigerin cənub-qərbində Kokorou bölgəsindəki Fonbita kəndindəki məscidə hücum nəticəsində azı 44 nəfər həlak olub.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Mohamed Toumba məlumat verib.

Nazir Toumba, 44 nəfərin öldürüldüyü, 4-ü ağır olmaqla 13 nəfərin yaralandığı hücumun İŞİD terror təşkilatına bağlı quruplaşmalar tərəfindən həyata keçirildiyini qeyd edib. Hökumət 72 saatlıq milli matəm elan edib. /APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top