Bərdə şəhər sakini Xəlilova Gülçin Cəfər qızı 18 mart 2025-ci il tarixində, günorta saatlarında itkin düşüb.
Demokrat.az xəbər verir ki, ailə üzvləri onun axtarışı ilə bağlı Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinə müraciət ediblər, lakin axtarışlar hələ ki bir nəticə verməyib.
Gülçin Xəlilovanın babası Modern.az saytına bildirib ki, axtarışa qoşulan polislər Gülçinin su kanalına düşdüyünü ehtimal edirlər. Qızın telefonu kanalın kənarında olub, araşdırmalar nəticəsində məlum olub ki, 17 yaşlı Gülçin video çəkərək paltarlarını və digər əşyalarını kanala atıb, özünü də kanala atacağını qeyd edib.
“Uşaqlıqdan onu mən saxlamışam. İndiyədək heç bir problemi olmayıb. Sadəcə bir neçə gün əvvəl deyiblər ki, texnikumu bitirənlər sənədlərini universitetə verə bilmir. Sosial iş ixtisasında oxuyurdu, praktikaya da "ASAN xidmət"ə gedirdilər. Taksiyə minərək Qarabağ kanalına gəlib. Son sözü də bu olub ki, "4-5 gün səs çıxmasa, bilin ki, intihar etmişəm”".
Onu da qeyd edək ki, itkin düşən Gülçin Xlilovanın sonuncu dəfə qrup yoldaşı kanal ətrafında görüb.