Qusarda ər arvadını döydü

KRİMİNAL 19 mart 2025, 14:22
Qusar rayonunda 1985-ci il təvəllüdlü Xəlil ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Könülə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Qusar rayonunun kəndlərindən  birində baş verib. Xəlil yaşadığı evində arvadı Könülə yumruq və təpik zərbələri ilə sifət, bədən nahiyələrinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Xəlilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xəlil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü, saat 19 radələrində yaşadığı evdə arvadı Könül ilə aralarında yaranmış mübahisə zamanı yumruq və təpik zərbələri ilə onun sifət, bədən nahiyələrinə vuraraq ona xəsarət yetirib. O, törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayətinin olmadığını deyib. 

Bu cinayət işinə Qusar Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Xəlilin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top