"Ermənistanın Türkiyə ilə yaxınlaşmaqdan başqa çıxış yolu qalmayıb. Çünki Ermənistan Fransadan istədiyi dəstəyi ala bilmədi və ABŞ-a yönəldi. Donald Tramp hakimiyyətə gəldikdən sonra isə onlar arasındakı sazişin elə də əhəmiyyəti qalmadı. Tramp bu müddət ərzində Ermənistanla əlaqədar bir dəfə olsun normal bəyanat verməyib və Paşinyanı Vaşinqtona səfəri zamanı qəbul etmədi".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.
"Bütün bunlara baxmayaraq Ermənistan Rusiya ilə də yaxınlaşa bilmir. Çünki Rusiya ilə aqressiv siyasət aparıb. Paşinyan Rusiya və İranın Qərbə inteqrasiyasına əngəl olacağını düşünür. Azərbaycanla tələm-tələsik müqavilə bağlayaraq regional əməkdaşlıq platformasında iştirak edib, Türkiyə ilə daha çox yaxınlaşmağı düşünür. Türkiyə ilə sərhədlərin açılması Ermınistana böyük iqtisadi dividentlər gətirə bilər. Rəsmi İrəvan bilir ki, bunun da əsas yolu Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır. Artıq Ermənistan sülh müqaviləsi üçün razılaşdırılmayan iki məsələni də qəbul etdi. Azərbaycan qalıcı sülh əldə olunmadıqca, Ermənistan öhdəliklərini tam yerinə yetirmədikcə sülh müqaviləsi imzalamayacaq. Ermənistan həqiqətən Türkiyə ilə yaxıblaşmaq istəyirsə, Azərbaycanın haqlı tələblərini yerinə yetirməlidir".
Əfsanə Kamal
Demokrat.az