Politoloq: “ABŞ ilə Ermənistan arasındakı xartiya imzalanan gündən məzara getdi”

GÜNDƏM 14 mart 2025, 19:04
“Ermənistan xüsusilə Tramp hakimiyyətə gəldikdən sonra başa düşür ki, ABŞ ilə strateji əməkdaşlıq haqqında xartiya işləməyəcək və Cənubi Qafqazda söz sahibi Türkiyə ilə Azərbaycandır”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elşad Həsənov deyib.

“Ona görə də son zamanlar aktiv şəkildə  Türkiyə ilə danışıqlar aparır, Azərbaycanla sülh müqaviləsi bağlamaq istədiklərini bildirirlər. Təəssüf ki, yenə də erməni məkrini işə salırlar. Azərbaycan dəfələrlə bildirib ki, Ermənistanın konsititusiyasında olan ərazi iddiası aradan qaldırılmadan heç bir sülh əldə edilə bilməz. Eyni zamanda yaradılmış ATƏT-in Minsk qrupu 28 il ərzində heç bir iş görmədi. Sülh müqaviləsinin imzalanması təklifini də Azərbaycan irəli sürdü. Əksər məsələlər  razılaşdırılıb. Paşinyan bildirir ki, Zəngəzur dəhlizi məsələsi erməniləri qıcıqlandırır. Kommunikasiyanı, dəmir yolunu, açmağa hazır olsalar da, bunu Zəngəzur dəhlizi adlandırmaq istəmirlər”. 

Politoloq bildirib ki, hazırda Ermənistanda yeni konsititusiya hazırlanır:

“Konsititusiya səsverməyə çıxana qədər sülh müqaviləsinin imzalanması absurddur. Türkiyə ilə də sərhədlərin açılması məsələsi gündəmdədir. Həmin sərhədlər ancaq üçüncü dövlətlərin nümayəndələri üçün açılacaq. Rəcəb Tayyib Ərdoğan dəfələrlə bildirib ki, iki dövlət arasında sərhədlər yalnız Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra açıla bilər. Ermənistanın dünyada yeni düzənin qurulduğu dövrdə Cənubi Qafqazda söz sahibi olan Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaqdan başqa çarəsi yoxdur. ABŞ ilə imzalanan xartiya elə həmin gün məzara getdi”.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 mart 2025, 13:47
Top