Zahid Oruc: "Tikinti şirkətləri vətəndaşları ömürlük kirayəçiyə çeviriblər"

GÜNDƏM 14 mart 2025, 16:14
"Hesabat zamanı kommunal tariflərdən bəhs olunarkən, bir məqam həmişə unudulur. Əlbəttə, mənzil fondunun yenilənməsi alqışa layiqdir. Lakin tikinti şirkətləri vətəndaşları ömürlük kirayəçiyə çeviriblər".

Demokrat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında  deputat Zahid Oruc deyib
 
Deputat qeyd edib ki, qanuna  görə, tikilən binalar istismara qəbul olunur, çıxarışlar alınır, sonra 6 ay ərzində Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin yaradılmalı, rəsmən qeydiyyatdan keçərək binanların idarə etmə strukturu və ödənişlərin miqdarı müəyyənləşməlidir:

"İndi elə şəhərciklər var ki, aylıq tariflər 1 kvadrat metrə görə 1 manata yaxındır, əvəzində MTK-ların öhəliklərinə tələb və meyarlar yoxdur".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top