Xarici ticarət iştirakçıları ilə növbəti görüşlər keçirilib

GÜNDƏM 14 mart 2025, 19:48
Xarici ticarət iştirakçıları ilə növbəti görüşlər Balakən Gömrük İdarəsinin təşəbbüsü ilə Şəki rayonunda yerləşən Heydər Əliyev Mərkəzində və “Poçt və ekspres daşımalar” gömrük postunda keçirilib.

Görüşlərdə gömrük sistemində aparılan təkmilləşdirilmələr, tətbiq edilən yeni layihələrlə bağlı ətraflı məlumat verilib.

Həmçinin biznes subyektlərini maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb, təklif və rəylər dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

“Poçt və ekspres daşımalar” gömrük postunda keçirilən görüşdə Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın sədri Ramil Əliyev də iştirak edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top