Marketlərdən ət məhsulları almaq hansı hallarda etibarlıdır? — AÇIQLAMA

GÜNDƏM 14 mart 2025, 19:30
“Marketlərdən, bazardan, digər topdan və pərakəndə satış məntəqələrindən ət məhsulları almaq narahat olunacaq hal deyil”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında "Refresh Group" icraçı direktoru, qida mütəxəssisi Seymur Qafarov deyib. 



“Marketlər də digər satış məkanları kimi ət alına bilinəcək yerdir. Sadəcə digər yerlərdə olduğu kimi ət ilə təmasda olan zaman mütləq fərdi mühafizə vasitələrindən istifadə edilməlidir. Doğranmış məhsul həssas olduğu üçün soyuducuda saxlanılmalıdır. Satış zamanı ətin kəsilmə yerini görməsək də ət böyük hissələr halında marketə gəlir və istehlakçının istəyinə uyğun hissələrə ayrılaraq polietilen çanaqlara yığılır. Yerli toyuq və mal əti olduqda mütləqdir ki, mal ətinin baytarlıq şəhədətnaməsi, toyuq ətinin ekspertiza aktı olmalıdır. Alıcı bu aktları satıcıdan tələb edə bilər. Əti vitrinə qoyan market, satıcı mütləq bunları təmin etməlidir. Balıq ətinin donmuş və ya yeni olmasına bamayaraq xaricdən gəlibsə, idxal sağlamlıq aktı, yerli olduqda isə daşınma sənədi, müvafiq ekspertiza aktı olmalıdır. Bu şəkildə olduğu qaydada məhsulların satışını təmin etmək mümkün olacaq”. 

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top