“Çox sayda vətəndaşlarımız övladlarının Türkiyədə təhsil almasını istəyirlər. Türkiyədə təhsil sisteminin keyfiyyət fərqi əsas rol oynayır. Buna görə də bir çoxları kirayə qalmaqdansa, ev almağı üstün tuturlar. Türkiyəyə tez-tez səfər edən şəxslərdə oteldə qalmaq yerinə öz evinin olmasına üstünlük verirlər. Qardaş ölkənin istirahət zonaları, servis səviyyəsi yüksək səviyyədədir. İnsanlarımızın mövsümi istirahət etdiyi ölkələrdən başlıcası Türkiyə hesab olunur. Bu da Türkiyədə daşınmaz əmlak alınması üçün stimuldur”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyib.
“Bir müddət öncə Türkiyədə daşınmaz əmlak daha ucuz idi. Həmin dövrdə Azərbaycandan Türkiyənin daşınmaz əmlak bazarına ciddi axın var idi. Sonradan qiymətlər qalxsa da, müqayisədə əmlak almaq imkanları Azərbaycandan daha əlverişlidir. Azərbaycanda olduğu kimi qonşu ölkələrdə də daşınmaz əmlaka investisiya qoyulur. Bu da ölkə əhalisinin və vətəndaşlarımızın turizm bölgələrinə üz tutmasına səbəb olur. Həmin ərazilərdə öz bizneslərini qurmaq üçün daşınmaz əmlak növlərini əldə etmiş olurlar”.
O bildirib ki, bu amillərdən ən başlıcası türk dövlətləri arasındakı münasibətlərdir:
“Yaxın müddətdə Türk Dövlətləri Təşkilatının (TDT) daha ciddi təşkilat kimi formalaşması istiqamətində Azərbaycan və Türkiyə rəhbərliyi mühüm addımlar atır. Bu da ölkə ictimaiyyətində türk dövlətləri ilə əməkdaşlıq fonunda mühüm rəy yaradır. Bundan irəli gələrək qardaş ölkədə daşınmaz əmlak əldə etmək istəyi meydana gəlir”.
Əfsanə Kamal
Demokrat.az