İstirahət günləri Milli Parklarda hava necə olacaq?

SOSİAL 14 mart 2025, 15:20
İstirahət günlərində (15-16 mart) Milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

Demokrat.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Göygöl Milli Parkı

Səyahət edənləri xoş əhval ruhiyyəli, əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 20-24° isti olacaq.

Şahdağ Milli Parkı

Turistləri sabit, əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-6° isti, gündüz 17-22° isti olacaq.

Altıağac Milli Parkı

Səfalı bölgəyə getmək istəyənləri əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-13° isti, gündüz 20-24° isti olacaq.

Samur – Yalama Milli Parkı

Şimal bölgəsinə səyahət edənləri əsasən yağmursuz hava şəraiti gözləyəcək. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 27-29°isti olacaq.

Şirvan Milli Parkı

Turistləri sabit, yağmursuz hava şəraiti gözləyir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-11° isti, gündüz 25-27° isti olacaq.

Ağgöl Milli Parkı

Havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 23-26° isti olacaq.

Qızılağac Milli Parkı

Səyahətçiləri əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-10° isti, gündüz 20-23° isti olacaq.

Hirkan Milli Parkı

Cənub zonasına səyahət edənləri əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 20-24° isti olacaq.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top