Sumqayıtı Sarayla birləşdirən yeni körpüdən GÖRÜNTÜ

SOSİAL 13 mart 2025, 16:04

Sumqayıtı Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən körpünün martın sonu - aprelin əvvəlində istifadəyə veriləcəyi ilə bağlı məlumat vermişdik.

“Qafqazinfo” xəbər verir ki, Aznews.ws yeni körpünün görüntülərini paylaşıb.

Görüntülərdən də aydın olur ki, artıq körpüdə son tamamlanma işləri aparılır və istifadəyə hazır vəziyyətə gətirilib. Avtomobillər üçün açılmasa da, piyadalar körpü üzərindən hərəkət edirlər.

Xatırladaq ki, 1970-ci ildə inşa edilən körpü qəzalı vəziyyətdə olduğu üçün ötən ilin dekabrında sökülüb. Yeni körpünün tikintisi üçün 9 milyon 960 min manat vəsait ayrılıb.

Sözügedən görüntüləri təqdim edirik:

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 mart 2025, 18:33
13 mart 2025, 17:53
Top