Rusiya səfirinin Minsk Qrupunun effektiv olmadığını bəyan etməsi bölgədəki münaqişələrin həllinə necə təsir göstərəRusiya səfiri Sergey Kopırkin, ATƏT-in Minsk qrupunun fəaliyyətinin "dəyişdiyini" və artıq effektiv olmadığını bəyan edib. O, Qərb həmsədrlərinin rusiyalı həmsədrlə işləməkdən imtina etdiyini vurğulayaraq, Minsk qrupunun gələcəyinin qeyri-müəyyən olduğunu qeyd edib. Həmçinin, region məsələlərinin yalnız yerli ölkələr tərəfindən həll edilməli olduğunu və xarici müdaxilələrin qarşısını almağın vacib olduğunu bildirib.
Rusiya səfirinin Minsk qrupunun artıq effektiv olmadığını bəyan etməsi bölgədəki münaqişələrin həlli mexanizmlərinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Rusiya səfiri Minsk Qrupunun faktiki olaraq fəaliyyətini dayandırdığını və artıq bu qurumun formal xarakter daşıdığını bəyan edib:
“Onun sözlərinə görə, Minsk Qrupunun yalnız de-yure ləğvi məsələsi qalıb. Bu məqsədlə Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət etməli olsa da, Ermənistan hələlik bu təşəbbüsü müsbət qarşılamır.Bununla belə, Minsk Qrupu artıq tarixi bir qurum kimi qəbul edilə bilər. Lakin bəzi Qərb ölkələrinin gələcəkdə bu formatı yenidən canlandırmaq və Cənubi Qafqazda geosiyasi təsir imkanlarını artırmaq cəhdləri istisna edilmir. Halbuki bunun üçün heç bir əsas qalmayıb. Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılmışdı, lakin 30 il ərzində bu problemin həlli istiqamətində heç bir ciddi nəticə əldə edə bilmədi. Əksinə, onun fəaliyyəti münaqişənin dondurulmasına və Ermənistanın mövqeyinin güclənməsinə xidmət etdi.
Hazırda Minsk Qrupunun fəaliyyətinə ehtiyac yoxdur, çünki Azərbaycan bu problemi həll edib və öz ərazi bütövlüyünü bərpa edib. Azərbaycan Konstitusiyasının gücü bütün ölkə ərazisində tam təmin olunub və bundan sonra bu qurumun hansısa təkliflər irəli sürməsi və ya müzakirələr aparması üçün heç bir səbəb yoxdur. Azərbaycan və Ermənistan artıq öz aralarındakı problemləri birbaşa təmaslarla və ikitərəfli danışıqlarla həll etməyə çalışır. Bu format daha uğurlu sayılır və konkret nəticələr də artıq əldə olunub. Yaxın gələcəkdə yekun sülh sazişinin imzalanması ilə bu proses tam başa çatacaq”.
Politoloq onu da qeyd edib ki,Rusiya səfirinin Minsk Qrupunun ləğvinin zəruriliyi barədə mesaj verməsi bir qədər gecikmiş addım hesab edilə bilər:
“Böyük ehtimalla, bu bəyanat region dövlətlərinin inamını qazanmağa yönəlib. Lakin Cənubi Qafqaz ölkələri Rusiyanı yaxşı tanıyır və Kremlin hər açıqlamasının arxasında xüsusi planların dayandığını anlayırlar.Minsk Qrupunun tamamilə ləğvi Kremlin də maraqlarına uyğun ola bilər. Rusiya Cənubi Qafqazda regiondan kənar dövlətlərin və beynəlxalq təşkilatların təsir imkanlarını minimuma endirmək niyyətindədir. Minsk Qrupunun rəsmi ləğvi ilə Moskva Qərbin bölgəyə müdaxilə mexanizmlərini tamamilə bloklamağa çalışa bilər.Buna baxmayaraq, Azərbaycan dövləti hər zaman öz milli maraqlarını üstün tutur. Ermənistan və Gürcüstandan fərqli olaraq, Rusiya Azərbaycana təzyiq göstərmək imkanlarından demək olar ki, məhrumdur. Bu səbəbdən Moskva istəsə də, istəməsə də, Azərbaycanla bərabərhüquqlu münasibətlər qurmaq məcburiyyətindədir”.
Leyla Turan
Demokrat.az