Azərbaycana gələn turistlərin sayı açıqlandı

TURİZM 11 mart 2025, 15:13
Bu ilin yanvar-fevral ayında Azərbaycana 338 min 621 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib.

Demokrat.az  Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 % azdır.

Təkcə fevralda isə ölkəyə 165 968 nəfər xarici və vətəndaşlığı olmayan şəxs gəlib. Bu isə 1 il əvvələ nisbətən 5,1 % azdır.

Hesabat dövründə Azərbaycana ən çox turist 79 329 nəfər olmaqla Rusiyadan gəlib. 2-ci yerdə Türkiyə (63 107 nəfər), 3-cü yerdə isə Hindistandan (33 663 nəfər) qərarlaşıb.

Bundan başqa, il ərzində İrandan 31,4 min, Gürcüstandan 17 min, Qazaxıstandan 11 min, Pakistandan 10,9 min, Birləşmiş Ərəb Əmirliklərindən 9,7 min, Səudiyyə Ərəbistandan 9,6 min, Özbəkistandan 5,8 min turist gəlib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 mart 2025, 20:10
Top