Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyanın brend ayaqqabıdan istifadə etməsi Ermənistanda geniş müzakirəyə səbəb olub.
Demokrat.az xəbər verir ki, bu barədə məlumatı ermənistanlı jurnalist Suzi Badoyan özünün "Facebook" hesabında paylaşıb.
Jurnalist kiçik araşdırma apararaq Alen Simonyanın istifadə etdiyi idman ayaqqabısının onlayn mağazalarda 1 100 dollara təklif edildiyini üzə çıxarıb.
Suzi Badoyan qeyd edib ki, parlamentin spikeri Alen Simonyan əvvəllər də bahalı əşyaları ilə gündəmə gəlib və siyasətçi brend geyim, aksesuar həvəskarıdır.