Xaçmazda yük avtomobili yanıb

HADİSƏ 09 mart 2025, 16:38
Martın 9-u günorta saatlarında Xaçmaz şəhəri ərazisində məişət tullantıları daşıyan yük avtomobili yanıb.

Demokrat.az xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmasa da, yük avtomobilinin kabinəsi tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Hadisə yerinə yanğından mühafizə hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top