İranda yaşayan soydaşımız dünya rekordu qırdı

DÜNYA 08 mart 2025, 08:57
İranlı atlet Quti Musəvi ekstremal güc idman növləri üzrə dünya rekorduna imza atıb.

Demokrat.az oxu.az-a istinadən xəbər verir ki, Təbriz şəhərindən olan Quti Musəvi 18 tonluq təyyarəni dartaraq hərəkətə gətirib. Onun sözlərinə görə, bu nailiyyəti əldə etmək üçün illərlə məşq edib.

"Əllərimə baxsanız, bu məqsədə çatmaq üçün nə qədər səy göstərdiyimi görəcəksiniz", - deyə soydaşımız olan Q.Musəvi bildirib.

Qeyd edək ki, 2022-ci ildə Q.Musəvi ağır tonnajlı maşını hərəkətə gətirə bilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top