Azərbaycanda fotoqrafiya tarixi XIX əsrin 60-cı illərindən başlayır. Daha dəqiq desək, 1860-1862-ci illərdə Bakının ilk fotoşəkilləri çəkiləndə Azərbaycanda bu sənətin əsasları qoyuldu. Onların müəllifi rus səyyahı Aleksandr Ulski idi. Onilliklər sonra Bakının mənzərələri yerli fotoqraflar tərəfindən çəkilməyə başladı, bu sənətə maraq artdı, lakin peşəkar mütəxəssislərin yetişməsi üçün bir məkan yaranmadı. Bu gün də ölkəmizdə fotoqrafiya ilə bağlı peşəkar səviyyədə hər hansı bir dərnək, məktəb yoxdur. Ali təhsil müəssisələrində də bu sahə ayrıca ixtisas kimi tədris olunmur.
Bütün bunları nəzərə alaraq Azərbaycan foto sənətinin inkişafına töhfə verən ölkənin aparıcı foto təşkilatı “Gilavar Foto Klubu” ictimai birliyi fərqli layihə ilə yeniliyə imza atır. Birlik tərəfindən fotoqrafiya üzrə ödənişsiz təlim kursları keçiriləcək fotoməktəb fəaliyyətə başlayır. “Gilavar Fotoqrafiya Məktəbi” layihəsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.
“PeşəkarSƏN” maarifləndirmə proqramının tərkib hissəsi olan fotoqrafiya məktəbinin əsas məqsədi foto sənətinə marağı olan gənclərə dəstək göstərmək, bu sahədə ilk addım atmaları üçün nəzəri və praktiki bacarıqlara yiyələnmələrinə şərait yaratmaq, peşəkar və yaradıcı fotoqrafların yetişməsinə töhfə verməkdir.
Kursda müsahibə yolu ilə seçilmiş 60-70 nəfər gəncin iştirakı nəzərdə tutulur. Layihədə fotoqrafiyaya maraq göstərən və sosial durumu aşağı olan 18-30 yaş aralığında gənclərə, peşə və ali məktəblərdə təhsil alan tələbələrə üstünlük veriləcək.
Təlim kursu iki yerə bölünərək nəzəri və praktiki hissələrdən ibarət olacaq. Dərslər ölkənin peşəkar fotoqrafları tərəfindən öncədən hazırlanmış proqram əsasında və tədris sisteminə uyğun aparılacaq. İştirakçılara fotoqrafiyanın əsasları, onun qaydaları, fototexnikanın sirləri, fotostudiya şəraitində çəkiliş, fotojurnalistika, fotoredaktə proqramları, video çəkilişlərin aparılması haqqında bilgilər öyrədiləcək, qrup və fərdi tapşırıqlar veriləcək. Fərdi şəkildə sərbəst çəkilişlər apara bilmələri üçün şərait yaradılacaq, gələcəkdə kiçik sahibkar kimi çalışa bilmələri üçün məsləhət və tövsiyələr veriləcək. Həmçinin, gənclərə beynəlxalq fotomüsabiqə və fotosərgilərdə iştirakına dəstək göstəriləcək.
Təlimin sonunda bütün iştirakçılar layihə boyunca qazandıqları bilik və bacarıqların dəyərləndirilməsi üçün test üsulu ilə yekun qiymətləndirmə həyata keçiriləcək. Kursu uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim ediləcək. Yekunda iştirakçıların çəkdiyi fotolardan ibarət fotosərginin keçirilməsi nəzərdə tutulur.