Almaniya ABŞ-ın Ukraynaya hərbi yardımını dayandırması səbəbindən ukraynalı qaçqınların yeni dalğasını gözləyir.
Demokrat.az xəbər verir ki, bu barədə Şimali Almaniya Mənzil Şirkətləri Assosiasiyasının direktoru Andreas Breitner bildirib.
Breitner qeyd edib ki, Mecklenburg-Vorpommern, eləcə də Hamburq yeni qaçqınlar üçün daha çox yaşayış sahəsi yaratmalıdır.
Üç il əvvəl olduğu kimi, çoxlu sayda ukraynalı Almaniyanın şimalına gəlməyi planlaşdırır.
Mənbənin sözlərinə görə, bu seçimin səbəblərindən biri bu regionda artıq formalaşmış Ukrayna diasporunun olmasıdır.
Breitner vurğulayıb ki, mənzil şirkətləri mənzil tikintisi proseslərini sürətləndirməlidir.
Əfsanə Kamal
Demokrat.az