“Dedim, necə istəyirsən çəkdirək, təkcə yatan yerdə olmasın” — Xalq artisti (VİDEO)

ŞOU-BİZNES 05 mart 2025, 22:56
Xalq artisti Könül Xasıyevanın açıqlaması gülüş yaradıb. 

Bizim.Media xəbər verir ki, sənətçi “Rəngarəng”də qonaq olarkən başına gələn bir əhvalatdan danışıb:

“Məclislərin birində hamı şəkil çəkdirirdi. Bir bəy çox gəldi-getdi. Getdi-gəldi dedi ki, “Könül xanım, olar şəkil çəkdirək?”

Dedim, əlbəttə, əyləşdik, şəkil çəkdirdik. Bir dəfə də gəldi ki, “ayaqüstə də şəkil çəkdirək”. Dedim, baş üstə. Bir az sonra yenə gəldi ki, “Könül xanım, olar əlimi boynunuza salım, elə şəkil çəkdirək”. Dedim, başına dönüm necə istəyirsən, çəkdirək, təkcə yatan yerdə olmasın”.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 mart 2025, 10:35
Top