Prezident Trampı “yalançı” adlandırdı

DÜNYA 05 mart 2025, 19:31
Panama prezidenti Xose Raul Mulino amerikalı həmkarı Donald Trampı ABŞ-ın Panama kanalına nəzarəti bərpa etməyə başladığını dediyi üçün “yalançı” adlandırıb. 

Demokrat.az
xəbər verir ki ki, bu barədə siyasətçi “X” sosial şəbəkəsində yazıb.

O bildirib ki, Ağ Ev rəhbəri çıxışında Panama kanalı ilə bağlı vəziyyətə və kanal limanlarının Amerika şirkəti tərəfindən alınmasına dair razılaşmaya toxunub.

Mulino vurğulayıb ki, Panama və ABŞ hökumətləri arasında əməkdaşlıq qarşılıqlı maraq doğuran məsələlər üzrə aydın razılaşmalara əsaslanır.

Tramp həmçinin Panama kanalını ABŞ-ın nəzarətinə qaytarmaq niyyətində olduğunu dəfələrlə bəyan edib. 

Panama hakimiyyəti Ağ Ev rəhbərinin bəyanatlarına kəskin reaksiya verib. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 mart 2025, 12:55
Top