Dilan Polat və əri barəsində həbs qərarı verildi

DÜNYA 02 mart 2025, 09:02
İstanbul Baş Prokurorluğu sosial media fenomeni Dilan Polat və onun həyat yoldaşı Engin Polat haqqında "Narkotik maddələrdən istifadə və onların saxlanılması" ittihamı ilə təhqiqata başlayıb.

Demokrat.az "Haber Global" telekanalına istinadla xəbər verir ki, təhqiqat çərçivəsində prokurorluq şübhəlilər barəsində həbs qətiimkan tədbiri seçib.

Buna səbəb sosial şəbəkədə yayılan video olub. Videoda narkotik maddələrdən istifadə edən digər şəxslər barəsində də həbs qətiimkan tədbiri seçilib.

Prokurorluğun göstərişi ilə polis şübhəlilərin saxlanılması istiqamətində əməliyyata başlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 mart 2025, 09:32
Top