"O nə səs tonu idi? Zelenski üzr istəməlidir" — ABŞ dövlət katibi

DÜNYA 01 mart 2025, 11:25
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Tramp və vitse-prezident Ceyms Devid Venslə görüşü onun üçün fiaskoya çevirdikləri iddiasına görə üzr istəməlidir.

Bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

Dövlət katibi Zelenskinin Rusiya ilə müharibəni bitirmək niyyətinə şübhə etdiyini bildirib: “Onun bura gəlib cəbhə açmağına ehtiyacı yox idi”.

Rubio həmçinin qeyd edib ki, Zelenski sülh razılaşması arzulamaya bilər.

Dövlət katibi Ukrayna prezidentinin Ağ Evdəki görüşdə Vensə qarşı tonunu tənqid edib və sülhə gedən yolun diplomatiyadan keçdiyini söyləyib.

Rubionun sözlərinə görə, o andan görüş planauyğun getməyib:

“Sülh səylərinin açıq şəkildə pozulması ünsiyyətdə olan hər kəsi son dərəcə məyus elədi, düşünürəm ki, o, belə başa çatan və vaxt itkisi olan görüşə görə üzr istəməlidir”. (teleqraf)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 mart 2025, 14:55
Top