Oğuzda it kişiyə hücum edib, burnu amputasiya olunub

HADİSƏ 27 fevral 2025, 22:37
Oğuzda 45 yaşlı kişiyə qonşusunun iti ağır xəsarət yetirib, burnu amputasiya olunub.

Hadisə rayonun Calud kəndində baş verib.

Kənd sakini 1980-cı il təvəllüdlü Xamdıyev Bayramalı Mansuroviçə qonşusunun iti hücum edərək ona ağır xəsarətlər yetirib. B. Xamdıyev Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX)

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə aparılıb. Şəki RMX-da B. Xamdıyevin üzərində cərrahiyyə əməliyyatı aparılaraq burunun yumşaq toxumaları tam amputasiya olunub.

İt hücum edən zaman B. Xamdiyev sol əlin baş barmağından yerdəyişən sınıq xəsarətləri də alıb. O lazımi tibbi yardım edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.(APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 fevral 2025, 08:26
Top