Ərdoğan özü ilə eyni ad və soyadlı gəncə partiya nişanını taxdı — FOTO

REGİON 27 fevral 2025, 23:59

Türkiyə Prezidenti və Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan özü ilə ad və soyadı eyni olan gəncin üzərinə partiya nişanını taxıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb.

Belə ki, Burdur şəhərində yaşayan 21 yaşlı Rəcəb Tayyib Ərdoğan partiya üzvlüyü prosedurlarını tamamladıqdan sonra dünən keçirilən AK Partiya Toplantısına qatılıb.

Toplantıdan sonra burdurlu gənc Prezident Ərdoğanla görüşmək fürsəti əldə edib. Orada Prezident Ərdoğan AK Partiya nişanını gəncin yaxasına taxıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 fevral 2025, 09:00
28 fevral 2025, 08:26
Top