Azərbaycanda zəlzələ oldu

HADİSƏ 28 fevral 2025, 08:26
Fevralın 28-də İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, İsmayıllı stansiyasından 46 km şimal-şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.

Yerli vaxtla saat 07:49-da baş verən yeraltı təkanların maqnitudası 3 olub. Zəlzələ ocağı Yerin 3 kilometr dərinliyində yerləşib. Zəlzələ hiss olunmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top