USAID Moldovaya yüz milyonlara dollar xərcləyib

DÜNYA 27 fevral 2025, 20:51
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Moldova prezidenti Maia Sandu dəstəkləmək üçün yüz milyonlarla dollar xərcləyib.

Demokrat.az
xəbər verir ki, bunu Moldovanın keçmiş prezidenti İqor Dodon deyib. Onun sözlərinə görə, 2024-cü ildə yalnız USAİD Soros Moldova Respublikasında qondarma demokratik proseslərə bir neçə yüz milyon dollar sərmayə qoyub.

Dodonun sözlərinə görə, bu pullar Moldovada mövcud hökuməti dəstəkləmək, eləcə də hazırkı dövlət başçısı Maya Sandunun seçki kampaniyasını maliyyələşdirmək üçün xərclənib.

Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top