"Dünyada hələ elə bir ölkə yoxdur ki, tamamilə kağız pullardan imtina etsin"

GÜNDƏM 27 fevral 2025, 18:27
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda kredit kartları ilə həyata keçirilən əməliyyatların ümumi həcmi 7 milyard 890 milyon manata çatıb. Bu rəqəm 2023-cü ilin eyni dövrü ilə müqayisədə 40.7 faiz və ya 2 milyard 282 milyon manat artım deməkdir.

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlama verib.

O bildirib ki, elə bir ölkə yoxdur ki, kağız pullar dövriyyədən çıxsın:

“Azərbaycan hələ heç dünya ortalamasına çatmayıb.  Dünya ortalamasında ticarət dövriyyəsinin az qala 60-70%-i, bəzi ölkələrdə hətta 80-85%-i nəğdsiz olur. Biz hələ heç o dünya ortalamasına çatmamışıq.  Amma tendensiya bu yöndədir, yəni 2020-ci ildən bəri kartlı ödənişlərin həcmində hər il kifayət qədər sürətlə artım müşahidə olunur. Amma bu o  demək deyil ki, kağız pullar tamamilə sıradan çıxarılacaq, bu mümkün də deyil. Dünyada hələ elə bir ölkə də yoxdur ki, tamamilə kağız pullardan imtina eləsin. Amma tendensiya olaraq bu var və gələcəkdə də artacaq. Hələ Azərbaycanda yaxın 5 ildə nəğdsiz ödənişlərin həcmində bir artım müşahidə olunacaq. Çünki insanlar daha çox öyrəşdilər kartlı ödənişlərə, daha çox öyrəşdilər kartda pul saxlamağa. Bu özü-özlüyündə iqtisadiyyatın ağarması üçün, iqtisadi dövriyyənin, ticarət dövriyyəsinin daha vergiyə cəlb olunan hissəsinin də görünməsi üçün yaxşı əlamətdir, yaxşı gedişatdır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 fevral 2025, 13:20
Top