Rusiya və ABŞ nümayəndə heyətləri bu gün İstanbulda bir araya gəlir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya və ABŞ nümayəndə heyətlərinin səfirliklərin işinin normallaşdırılması ilə bağlı danışıqlar aparmaq üçün İstanbulda görüşəcəyini açıqlayıb.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Elşən Manafov bildirib ki, fevrralın 27-də İstanbulda baş tutacaq danışıqlar Rusiya və ABŞ arasında münasibətlərin normallaşdırılması məqsədi ilə keçirilən görüşlərin ikinci raundudur:
“Bu kontekstdə danışıqların ilk raundu fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutmuşdur və hər iki tərəf onların uğurlu və konstruktiv olduğunu bildirmişdir. Bayden administrasiyası dövründə Ağ Evin ümumiyyətlə siyasi dialoqdan imtina etməsi dövlətlərarası münasibətlərdə gərginliyi artırmaqla yanaşı, bütövlükdə dünyanın təhlükəsizlik sistemini ciddi şəkildə təhdid edirdi”.
Politoloq onu da qeyd edib ki, Tramp administrasiyasının yüksək vəzifəli şəxsləri – dövlət katibi Marko Rubio və vitse-prezident Mayk Pens Rusiyanın qlobal dövlət olması faktorunu qeyd edərək onun milli maraqlarının nəzərə alınmasının vacibliyinə toxunmuş, prezident Tramp isə Rusiyanın iştirakı olmadan qlobal xarakterli problemlərin həllinin mümkün olmadığını vurğulamışdı:
“O, Rusiya ilə münasibətlərin müasir dövrün tələblərinə uyğun şəkildə qurulmasının zəruriliyini də qeyd edib. İstanbul görüşündə tərəflər səfirliklərarası münasibətlərin normallaşdırılması, səfirliklərin fəaliyyətinin dövlətlərin maraqlarına uyğun şəkildə bərpası məsələlərini müzakirə edəcəklər. Səfirliklərin qarşısına konkret vəzifələr qoyulacaq və müvafiq tapşırıqlar veriləcək. Dövlətlərarası münasibətlərdə qarşılıqlı etimadın bərpa edilməsi isə hazırkı şəraitdə diplomatların qarşısına qoyulacaq ən mühüm vəzifələrdən biri olacaq”.
Leyla Turan
Demokrat.az