Heydər Əliyev prospektində yol çökdü: Tıxac yarandı(VİDEO)

HADİSƏ 24 fevral 2025, 23:02
Bakının Nizami rayonunda yolun bir hissəsi çöküb.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

İlkin məlumata görə, ərazidəki yolun çökməsinə yeraltı su borularından birinin partlaması səbəb olub.

Əraziyə DYP idarəsinin əməkdaşları cəlb olunub.

Yolda hərəkətin tənzimlənməsi istiqamətində işlər aparılır. Hava şəraiti və yaranan problem səbəbindən avtomobillərin hərəkətində müəyyən sıxlıq yaranıb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən əraziyə baxış keçirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 fevral 2025, 00:11
Top