Astara rayonunda 1980-cı il təvəllüdlü, altı uşaq atası Etibar həyat yoldaşı Könülə, həmçinin hadisə yerində olan polis əməkdaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Etibar 17 aprel 2024-cü ildə, saat 17 radələrində Astara rayonunun Miki kəndində yerləşən yaşadığı evin həyətində qeyri-rəsmi yaşadığı Könülün müraciəti əsasında, yəni onların həyətində qanunsuz olaraq gizlətdiyi ov tüfəngi ilə bağlı həmin vaxt araşdırma ilə əlaqədar olaraq həmin yerə gəlmiş Astara rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi və polis nəfərinin onu nizam-intizama dəvət edib sakitləşdirmək istəməklərinə baxmayaraq, qərəzli hərəkətlərinə davam edib.
Etibar Könülü vurmaq istəyərkən ona mane olan, xidməti vəzifəsini yerinə yetirən və baş verəcəyi hadisənin qarşısını alan hakimiyyət nümayəndəsi hesab olunan polis sahə rəisini əlindəki bıçaqla bir dəfə vurub. Onun əynindəki gündəlik geyim forması olan uzunqol köynəyi cırıb, ona 35 manat məbləğində maddi ziyan vurub.
Hadisəni törədən Etibarın barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Etibarın sözlərinə görə, Astara rayonun kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır: “Himayəmdə ikisi yetkinlik yaşına çatmayan, dördü azyaşlı olmaqla altı uşağım var. Ümumilikdə dörd həyat yoldaşım olsa da, onların biri ilə rəsmi nikah bağlamışam. Birinci həyat yoldaşım Nuranə ilə aramızda tez-tez ailə daxili münaqişələrimiz olub. Buna görə işləmək üçün Bakı şəhərinə getdim. Nuranəni əmiləri də bizim ailə-daxili söz-söhbətlərimizə müdaxilə ediblər. Nuranə barəmdə polisə şikayət etdi. Onun şikayəti ilə bağlı Astara rayon polis şöbəsinin polis sahə rəisi mənimlə telefonla əlaqə saxlayaraq, izahat verməyim üçün rayon polis şöbəsinə çağırdı. Lakin Bakı şəhərində olduğum üçün izahat verməyə gələ bilmədim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 17 aprel 2024-cü ildə, səhər saatlarında Bakı şəhərindən yaşadığı Astara rayonu Miki kəndində olan evinə gəlib: “Evimə gəldikdən bir qədər sonra dostum Hafiz evimə gəldi. Onunla görüşərək həyətdə bir qədər söhbət etdik, çay içdik. Saat 12 radələrində həyətimdən axan çayın kənarında Hafizlə birlikdə nahar etdik. Həmin vaxt bir qədər spirtli içki içdik. Çayın kənarında yemək yedikdən sonra qızım Baharla şəkil çəkdirdikdən sonra evə gələn içməli suyun rezin borusunda yaranmış nasazlığı düzəltmək üçün küçədə yerləşən dağlıq hissəyə qalxdım. Həmin vaxt özümə məxsus olan bir ədəd açılıb qatlanan formalı bıçaq üzərimdə olub. Mən həmin bıçaqla suyun rezin borunu kəsdim. Həmin bıçaq özümə məxsus olmaqla, təxminən 17 il bundan əvvəl Bakı şəhərində “8 kilo metr bazarı”ndan tanımadığım şəxsdən, xatırlamdığı qiymətə almış və evdə məişət-təsərrüfat işlərini görmək üçün hər zaman cibimdə gəzdirmişəm. Həmin bıçaqla suyun rezin borusunu düzəldərkən aşağıdan, yəni həyətimdən həyat yoldaşım Könül və həmin həyat yoldaşımdan olan qızlarım Baharla Eldanənin qışqırıq səslərini eşitdim. Həmin vaxt elə düşüdüm ki, həyətimə gələn birinci həyat yoldaşım və onun əmiləridir. Kənardan həyətinə baxanda gördüm ki, Astara rayon polis şöbəsinin polis əməkdaşları bizim həyətə gəlib. Onların məni aparmaq üçün gəldiklərini bildiyim üçün onların yanına getmədim, kənarda gözlədim ki, çıxıb getsinlər. Həmin vaxt gördüm ki, həyat yoldaşım Könül polislərə həyətdə ov tüfəngini saxladığı yeri onlara göstərib. Bundan sonra polislər tüfəngi oradan götürərək getdilər. Könülün bu hərəkətinə əsəbiləşdiyim üçün həyətə tərəf gedərək Könülün üzərinə qışqırdım ki, nəyə görə tüfəngin yerini polislərə deyib. Həmin vaxt sərxoş olmuşam və Könülün hərəkətinə bərk əsəbiləşmişəm. Bu zaman Könül qışqırmağa başladı. Onların səsinə həmin polis əməkdaşları geri qayıtdılar. Könülün üzərinə getmək istədim. Bu zaman polislər araya girərək bıçağı əlimdən almaq istədilər. Lakin sərxoş və əsəbi olduğum üçün bıçağı onlara vermək istəmədim. Polis əməkdaşı məni nizam intizama dəvət etdi. Lakin içkili olduğum üçün polis əməkdaşının sözlərinə əhəmiyyət vermədim və ona müqavimət göstərməyə başladım. Həmin vaxt əlimdə olan bıçaqla polisin sağ qolunu kəsdim. Daha sonra polis əməkdaşları mənimlə əlbəyaxa olaraq məni yıxdılar, əlimdəki bıçağı aldılar. Məni Astara rayon polis şöbəsinə gətirdilər. Arvadıma qarşı hər hansı bir hərəkət etməmişəm”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Könülün sözlərinə görə, Astara rayonu Miki kəndində ailəsilə birlikdə yaşayır: “2008-ci ildə Astara rayonu Miki kənd sakini Etibar ilə ailə həyatı qurmuşam. Həmin ildən bəri birlikdə yaşayırıq və bir uşağımız var. Etibar mənimlə yaşaya-yaşaya məndən başqa üç qadınla da yaşayıb, onlardan da uşağlarımız var. Etibarın nigahdan olan arvadı Nuranə 2023-cü ilin dekabr ayından Bakı şəhərində qalaraq orada yaşayır. Etibarla Nuranənin arası nəyəsə görə dəyib və ona görə də Etibar 13 aprel 2024-cü ildə Nuranə ilə görüşmək üçün Bakı şəhərinə getdi. Nuranə isə ondan şikayət etdi”.
Zərərçəkmiş bildirib ki, 17 aprel 2024-cü ildə, səhər saatlarında Etibar Bakı şəhərindən kəndə qayıdıb: “Etibar üçün nahar yeməyi hazırladım. O da çay kənarında dostu ilə birlikdə yemək yedi. Saat 16-17 radələrində evdə olarkən həyətə polis əmkdaşlarının gəldiyini görərək həyətə çıxdım. Həmin vaxt Maya da həyətdə olub. Məndən Etibarın yerini soruşdular. Mən də Etibarın çay kənarında olmadığını dedim. Bundan sonra polis əməkdaşı Kamran müəllim çaya tərəf getdi. Digər polis əməkdaşı Rauf isə həyətdə qaldı. Maya həyətdə qışqıraraq Etibarı çağırsa da, gəlmədi. Kamran müəllim geri qayıtdıqda Etibarın həyətdə tüfəngi olub-olmadığını soruşdu. Həmin vaxt həyətdə tüfəngin yerini onlara göstərdim. Etibar tüfəngi aşmış dəmir ağacının dibində gizlətmişdi. Mən də həmin yeri polislərə göstərdikdən sonra Kamran müəllim gedərək tüfəngi oradan götürdü. Tüfəngi götürdükdən sonra onun sənədlərinin olub-olmadığını soruşdu. Mən də tüfəngin heç bir sənədinin olmadığını onlara bildirdim. Kamran müəllim tüfəngi də götürərək digər polis əməkdaşı Raufla birlikdə həyətdən getdi. Onlar həyətdən uzaqlaşan kimi Etibar çay tərəfdən uca səslə ünvanıma nalayiq sözlərlə deyə-deyə üzərimə gəldi. Həmin vaxt Etibarın əlində bıçaq da olub. Qorxumdan möhkəm qışqırmağa başladım. Etibar nəyə görə tüfəngin yerini polislərə dediyimi mənə irad bildirdi. Bu zaman polislər qaça-qaça həyətə gələrək Etibarı sakitləşdirməyə çalışdılar. Etibar isə sakitləşməyərək üzərimə hücum çəkdi, bıçaqla məni vurmaq istədi. Bu zaman polis əməkdaşı Kamran araya girərək Etibarın məni vurmasının qarşısını alaraq bıçağı əlindən almağa çalışdı. Bu zaman Etibar əlindəki bıçaqla Kamran müəllimin sağ qol nahiyyəsini kəsdi. Bundan sonra onlar əlbəyaxa oldular. Polis əməkdaşları Etibarı zərərsizləşdirərək kənarda olan ağac parçası ilə onu vuraraq yerə yıxdılar və bıçağı əlindən aldılar. Kamran müəllimlə Rauf adlı polis Etibarı zərərsizləşdirdikdən sonra onu apardılar”.
Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Etibarın ititham olunduğu Cinayət Məcəlləsinin 221.3-cü maddəsi həmin məcəllənin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsinə tövsif edilib.
Etibar 2 il 2 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara rayonu Miki kəndində yerləşən fərdi yaşayış evini gecə saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.
Fariz Məlikli
Demokrat.az