Yuxuya gedən yeniyetmə ölümdən son anda qurtuldu: Bakıda yanğın — VİDEO

HADİSƏ 24 fevral 2025, 18:43
Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-2" yaşayış massivində yanğın baş verib.

Oxu.Az xəbər verir ki, hadisə massivin 13-cü binasında qeydə alınıb.

İlkin ehtimala görə, hadisə qaz sızması səbəbindən baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanğın qısa müddətdə söndürülüb:

"Məlumat daxil olan kimi dərhal əraziyə FHN-in Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətlərinin qüvvələri cəlb olunublar. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb".

Oxu.Az-ın məlumatına görə, mənzildə olan yeniyetmə qaz plitəsində yemək qızdırandan sonra qaz açıq qalıb, sonra isə o yuxulayıb. Onun anası bu vaxt işdə imiş.

Sözügedən görüntünü təqdim edirik:
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top