Sabah bəzi universitetlərdə tədris ənənəvi, bəzilərində isə onlayn APARILACAQ — SİYAHI

GÜNDƏM 24 fevral 2025, 21:58
Sabah bəzi universitetlərdə tədris ənənəvi, bəzilərində isə onlayn formada aparılacaq.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, sabahdan Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Türkiyə-Azərbaycan Universiteti, UNEC, Azərbaycan Dövlət Neft və

Sənaye Universiteti, Bakı Avrasiya Universitetində və Azərbaycan Memarlıq və İnşaat Universitetində dərslər ənənəvi qaydada keçiriləcək.

Bakı Biznes Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti və Sumqayıt Dövlət Universitetlərinin mətbuat xidmətlərindən isə bildirilib ki, qarlı hava şəraiti ilə əlaqədar olaraq 25 fevralda da dərslər hibrid (həm ənənəvi, həm onlayn formatda) keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 fevral 2025, 00:11
Top